Kolumbiyada göyərtəsində insanlar olan kiçik təyyarə yoxa çıxdı

Kolumbiyada göyərtəsində 7 nəfərin olduğu təyyarə yoxa çıxıb.

Bütün axtarışlara baxmayaraq kiçik təyyarədən mayın 1-dən bu yana heç bir xəbər alınmayıb.

Quaviare inzibati bölgəsindəki San Xose şəhərində qəzaya uğradığı güman edilən HK 2803  kiçik təyyarəsinin izləri hələ də tapılmayıb.

Mülki Aviasiya və Kolumbiya Hərbi Hava Qüvvələri tərəfindən verilən açıqlamada axtarışların Apaporis çayı yaxınlığındakı meşəlik ərazidə aparıldığı və Amazon bölgəsinə doğru genişləndiriləcəyi qeyd edilib.

Təyyarədəki sərnişinlər arasında 11 aylıq körpə və 4 yaşlı uşaq da olub.

Səlahiyyətlilər yoxa çıxan təyyarənin qalıqlarının tapılması üçün bölgədə yaşayan yerli icmalardan kömək istəyiblər.

Mənbə: Haber Global

Mənbə

Share: