Kolumbiyada leysan yağışları daşqınlara səbəb olub: Ölən var

Ölkəyə yağan leysan yağışlar nəticəsində Kolumbiyanın paytaxtı və şimal bölgələrində daşqınlar baş verib.

 

Bu barədə noyabrın 13-də yerli hakimiyyət orqanları məlumat yayıb.

 

Məlumata görə, yağan leysan Kauka çayının daşmasına səbəb olub. Sakinlər evlərin damına çıxaraq və qayıqlara minərək daşqınlardan xilas olmağa çalışıblar. İlkin məlumata görə, artıq təbii fəlakət nəticəsində bir nəfər ölüb.

Mənbə

Share: