“Kreml daha 400 min nəfərin müharibəyə cəlb edilməsi əmrini verib…”

“Moskva yaz hücumundan imtina edərək Ukraynanın əkshücumuna hazırlaşır…”

 

“Putin uzunmüddətli müharibəyə köklənməklə Kiyevin Qərb tərəfdən dəstəyinin zəifləyəcəyinə bel bağlayır…”

 

“Ukrayna Qərbdə təlim keçmiş hərbçilər və müasir silahlarla yaxın aylarda əks hücuma hazırlaşır…”

 

Moskva Ukraynada nəzərəçarpacaq nəticələr olmadığından bu yaz hücumdan imtina edərək diqqəti Ukraynanın zəbt edilmiş ərazilərinin müdafiəsinə cəmləşdirmək və Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlaşdığı hücumunun qarşısını almaq qərarını verib.

 

Moderator.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb.

 

Nəşr qeyd edir ki, Rusiya bu qərarı əhəmiyyətli mövqelər əldə edə bilməməsi səbəbindən qəbul edib. Kreml bu il öz sıralarını doldurmaq üçün  400 min müqavlə üzrə xidmət keçmək istəyənlərlə doldurmağa can atır.

 

Nəşrin mənbələrinin sözlərinə görə, müharibəyə kütləvi cəlbetmə kampaniyası Kremlə Vladimir Putinin prezident seçkiləri ərəfəsində daha bir məcburi səfərbərlikdən yan keçməyə imkan verəcək.

 

Ötən payızdakı çağırış ictimai etimadı sarsıdıb və təxminən bir milyon rusiyalının ölkədən qaçmasına sövq edib.

 

Hətta döyüş əməliyyatları və siyasi problemlərə rəğmən, Putin anladıb ki, uzunmüddətli müharibəyə köklənib. O, buna stavka edir ki, əgər onun qoşunları yaxın zamanlarda USQ-nın növbəti irəliləyişinin qarşısını almağı bacararsa, Kiyevin Qərb tərəfdən dəstəyi zəifləyəcək.

 

Lakin nəşr qeyd edib ki, Ukrayna və Qərbin rəsmi şəxslərinin sözlərinə görə, payızda səfərbər edilən 300 min nəfər rusiyalının, demək olar ki, hamısı döyüş meydanındadır, lakin son aylar Rusiya bir iri şəhəri də ələ keçirə bilməyib.

 

Bu arada isə Ukrayna yaxın aylarda Avropa və ABŞ-da təlim keçmiş hərbçilərlə, tədarük edilən tanklar, zirehli maşınlar və digər silahlarla genişmiqyaslı əks hücuma başlamağı planlaşdırır.

 

Amerikalı məmurların sözlərinə görə, Kiyev Rusiyanın cəbhə xəttini yarmağa və hazırda Krımı Rusiyanın qitə hissəsi ilə birləşdirən işğal altında olan quru körpünü dağıtmağa cəhd edə bilər.

 

Nəşr qeyd edir ki, öz sıralarını doldurmaq və genişləndirmək üçün Rusiya artıq bir neçə illik müddətə müqavilə üzrə əsgərlərin cəlb edilməsi üzrə kampaniyaya başlayıb.

 

Rusiya məmurlarına cəlb edilmə üzrə kvotalar verilib və onlar potensial könüllülərə çağırış komissiyalarına gəlmək üçün çağırış vərəqələri verir, orada onlar xidmətə yazılmaq üçün təşviq edəcək.

 

Nəşrin mənbələrinin sözlərinə görə, hakimiyyət ilk növbədə “veteranlara və kənd sakinlərinə” yönlənib.

 

“Lakin bəzi məmurlar bəyan edib ki, bu il 400 min nəfərin cəlb ediləcəyi məqsədi, böyük ehtimalla, real deyil.  Bu, təxminən Rusiyanın hərbi müdaxilə etdiyi 24 fevral 2022-ci ilədək sərəncamında olan peşəkar ordusunun ümumi sayına bərabərdir”, – materialda deyilir.

Mənbə

Share: