Tornado nəticəsində 23 nəfər həlak oldu

ABŞ-ın Missisipi ştatında tornado və güclü tufan nəticəsində 23 nəfər həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Missisipi Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

 

Təbii fəlakət nəticəsində onlarla insanın yaralandığı, 4 nəfərin itkin düşdüyü bildirilir. “Təəssüf ki, bu rəqəmlərin artacağı gözlənilir”, – açıqlamada deyilir.

 

Missisipi qubernatoru Tate Rives “Twitter”də tornadodan zərər çəkənlərə tibbi dəstək verildiyini, təcili yardım maşınlarını artırdıqlarını və axtarış-xilasetmə işlərinin aktiv şəkildə aparıldığını bildirib.

 

Mənbə

Share: