Külək, dolu, leysan – FAKTİKİ HAVA

Avqustun 6-sı saat 11:00-a olan məlumata əsasən avqustun 5-i axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, dolu düşüb.

Milli Hidrometeorologiiya Xidmətindən Milletinsesi .az-a verilən xəbərə görə, düşən yağışın miqdarı Gədəbəydə 23.0 mm, Göygöldə 18.0 mm, Daşkəsəndə 16.0 mm, Gəncədə 13.0 mm, Şahdağ, İsmayıllıda 9.0 mm, Altıağacda 8.0 mm, Qırızda 7.0 mm, Oğuzda 6.0 mm, Naftalan, Xaltan, Şamaxıda 5.0 mm, Göyçay, Qəbələ, Şəki,Şəmkir, Tovuz, Yevlax, Sarıbaşda (Qax) 3.0 mm, Qobustan, Ceyrançöl, Quba, Mingəçevirdə 2.0 mm, Ağsu, Balakən, Ləzə, Qusar, Xınalıq, Zərdab, Bərdə, Xaçmaz, Zaqatalada 1.0 mm, Bakıda və Abşeron yarımadasında isə 1.0 mm-dək olub.

Avqustun 5-də Göygöl stansiyası ərazisinə saat 21:00-21:03 radələrində diametri 23 mm, rayon ərazisinə və rayonunun Göyçə kəndi, Topalhəsənli kəndi, Hacıkənd qəsəbəsinə leysan yağışla bərabər 15-20 mm, həmçinin Köşkü və Aşıqlı kəndlərinə, Tərtər rayonu ərazisinə saat 21:51-21:53 radələrində 10 mm, Gədəbəydə isə 00:30-da leysan yağışla xırda dolu yağıb.

Qərb küləyi Daşkəsəndə 23-28 m/san-dək güclənib.

Havanın temperaturu avqustun 5-də Bakıda iqlim normasından 2.7° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-34° isti, Naxçıvan MR-da 38-40°, Ordubadda 42° isti, dağlıq rayonlarda 26-28°isti, aran rayonlarında 35-40° isti olub.Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti avqustun 09-gündüzədək davam edəcək.

Mənbə

Share: