Kürdəmirdə biçilməmiş taxıl zəmisində yanğın başlayıb

Kürdəmir rayonunda biçilməmiş taxıl zəmisində yanğın başlayıb.

Report-un məlumatına görə, hadisə rayonun Yenikənd kəndi ərazisində Fikrət Məcid oğlu Abdullayevə məxsus taxıl zəmisində qeydə alınıb. Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər gedir.

Hadisə şahidlərinin bildirdiyinə görə, taxıl biçini aparılarkən kombaynın səsboğucu borusundan od püskürüb və 2 hektar sahə tamamilə yanıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Share: