Larssonun yeni klubu

Larssonun yeni klubu

İsveç yığmasının əfsanəvi hücumçusu Henrik Larsson “Helsinqborq” klubuna baş məşqçi təyin olunub.

Qol.az xəbər verir ki, bu barədə İsveç klubunun rəsmi saytı məlumat yayıb. Onunla 1 illik müqavilə imzanıb.

Qeyd edək ki, “Barselona”, “Mançester Yunayted” və “Seltik” kimi klublarda çıxış etmiş Larsson, “Helsinqborq”u 2015-2016-cı illər aralığında da çalışdırıb. Komanda hazırda 12 turdan sonra 10 xalla 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Share: