Leroy Sane üçün 80 milyon avro

“Bavariya” “Manççester Siti”nin futbolçusu Leroy Saneni transfer etməyi planlaşdırır.

Qol.az “The Guardian”a istinadən xəbər verir ki, Münhen klubu “şəhərlilər”ə ilk təklifini göndərib. “Siti”nin Almaniya millisinin üzvü üçün qarşı tərəfə 80 milyon avro təklif etdiyi bildirilir.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 31 oyuna 10 qol vurub, 10 məhsuldar ötürmə edib.

Share: