
“Əgər torpağını sevirsənsə, səndə bu mentalitet varsa, gecə-gündüz bunun haqqında düşünməlisən…”
“Azərbaycanın nəsə etməsindən öncə çoxlu pulları vardı…Ukraynada siz bu pulu haradan tapacaqdınız?..”
Ötən gün dünya mediası Mixail Saakaşvilinin ölümün caynağında olmasıyla bağlı xəbər yaydı. 2 ildir əbsxanada olan Gürcüstanın sabiq prezidenti Azərbaycanda da sevgi ilə xatırlanır. Çünki o səmimi şəkildə Azərbaycanı ürəkdən sevən dost kimi davranmışdı bütün fəaliyyəti boyu…
Oxucuların yaddaşını təzələmək üçün indi “Mişa”nın vaxtilə Ukraynadakı telekanalların birində Azərbaycan və İlham Əliyev haqqında söylədiyi xoş sözləri təqdim edirik.
2021-ci il iyun ayının 21-də Ukraynanın “1+1” telekanalındakı məşhur “Hakimiyyət haqqı” verlişində Gürcüstanın sabiq prezidenti Mixail Sakaşviliyə siyasi şərhçi Yuri Romanenko sual verərkən Azərbaycan və İlham Əliyev örnəyini nümunə kimi göstərib.
Moderator.az oxucular üçün maraqlı olacağını nəzərə alaraq, müsahibənin qısa mətnini bir daha xatırladır.
Saakaşvili suala cavabdan əlavə, İlham Əliyevlə arasında keçən heç vaxt unutmayacağı bir dialoq haqqında danışıb.
Aparıcı:
– Ərdoğan Əliyevlə Şuşaya gəldi və onlar orada “Şuşa Bəyannaməsi”ni elan etdilər. Hansındaki faktiki olaraq Azərbaycanla Türkiyə arasında strateji ittifaqın yaranmasından bəhs edilir. Və Azərbaycan Türkiyənin çətiri altına keçdi. Sistem qurulur, görünməz şəkildə irəliləyir.
Gürcüstan da həmçinin. O, çox vacib tranzit roluna girdi axı, hansından ki, Bakı-Ceyhan neft kəməri keçir. Bunun təməli hələ Şevardnadze dönəmində qoyuldu, sonra Sizin dönəminizdə bir daha inkişaf etdi və hələ də inkişaf etməkdədir. Ona görə də mən düşünürəm ki, biz, sadəcə, bu söhbətləri, səs-küy qaldırmağı dayandırmalıyıq. Biz nə edirik?
Digər iştirakçı:
– Münaqişə hərbi yolla həll olunmayacaq, bu, yalnız diplomatiya ilə mümkündür.
Saakaşvili:
– Uşaqlar, birincisi, Azərbaycanın nəsə etməsindən öncə, onun o qədər pulu var idi ki…Ukraynada siz bu pulu haradan tapacaqdınız?
Aparıcı:
– Pulları oğurlamaq olardı. Mən efirdən öncə Sizin gürcü həmkarınızla danışdım. Neft pulları çox yerdə var, Əfqanıstanda Nigeriyada, amma orada heç Azərbaycan da yoxdur.
Digər iştirakçı:
– Orada Əliyev yoxdur. Hesab edək ki, Əliyev “SOCAR”dan öz “Qazpom”unu yaratdı. Amma biz “Naftoqaz”dan hələ də öz “Qazpom”umuzu yaratmamışıq. Heç olmasa “SOCAR”ımızı. Bu, Vitrenkonun önündəki məsələdir.
Saakaşvili:
– Bilirsiniz, mən heç vaxt unutmaram, biz İlhamla Strasburqdan onun təyyarəsində uçurduq. Biz Avropa Birliyində çıxış etmişdik və Qara dəniz sahillərinin üzərindən uçurduq.
Mən ondan xahiş etdim ki, Abxaziyanın üzərində bir neçə min metr yüksəkliyə enək, Abxaziyanı yuxarıdan seyr edim. Mən darıxıram, ailəm oradandır, orada isə o dönəm artıq praktiki olaraq rus idarəçiliyində idi.
O, dedi ki: “Bilirsən, Mişa, neçə illərin sualıdır, bizim üçün, elə sizin üçün də. Əgər siz onu sevirsinizsə, gecə-gündüz bunun haqqında düşünməlisiniz. Biz, sadəcə, heç vaxt bunu unutmamalıyıq. Və hazırlaşmalıyıq, hər gün hazırlaşmalıyıq. Əgər səndə bu mentalitet varsa, sən buna inanırsansa”.
“Mən düşünürəm ki, Krım hadisəsi ona görə baş verdi ki, Ukrayna elitasının bir çox nümayəndəsi deyirdi ki, qoy Krımı götürsünlər, heç nə olmaz”, – Saakaşvili deyib.


