Mərakeş polisi İspaniyanın Seuta muxtar şəhəri ilə sərhəddə miqrantlara qarşı güc tətbiq edib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə məlumatı “El Pais” qəzeti yaypb.
Qəzetin məlumatına görə, miqrantlar Saharanın cənubundakı Afrikadandır. Hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz immiqrantları saxlamağa başlayır və yüzlərlə miqrantın Seutaya girməsinin qarşısını alır.
Daha əvvəl sosial mediada Seutaya yeni kütləvi qanunsuz sərhəd keçidinə hazırlıqla bağlı məlumatlar yayılmışdı. Nəticədə, Mərakeş və İspaniya şəhərin sərhədi boyunca təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəliblər. EFE xəbər agentliyinin məlumatına görə, Mərakeşdəki təhlükəsizlik qüvvələri artıq qanunsuz miqrantların Seutaya keçmək cəhdinin qarşısını alıblar.
İyulun sonlarında on minlərlə qanunsuz immiqrant şəhəri Mərakeşdən ayıran dalğaqırandan keçərək üzmək və piyada getməklə Seutaya çatmağı bacarıb. Böhran fonunda Madrid şəhərin təhlükəsizliyini təmin etmək üçün ordu qüvvələrini səfərbər edib. Miqrantların böyük əksəriyyətinin artıq Mərakeşə qayıtdığı güman edilsə də, İspaniya hakimiyyəti təxminən 5000 nəfərin hələ də şəhərdə qala biləcəyini təxmin edir.


