Mərkəzi Bankda inflyasiya müzakirəsi

Azərbaycan Mərkəzi Bankında (AMB) ölkədə fəaliyyət göstərən banklarla birlikdə inflyasiya meyilləri müzakirə edilib.

 

Modern.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov tvitter hesabında bildirib.

 

“AMB-də ölkədəki bankların rəhbərləri ilə növbəti dəfə görüşdük. Görüş zamanı qlobal iqtisadi proseslər, o cümlədən qlobal artım və inflyasiya meyillərinə təsir edən amillər müzakirə olundu, həmçinin pul bazarındakı proseslər, faiz transmissiyasının gücləndirilməsi istiqamətində aparılan islahatlar, son qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı”, – deyə o qeyd edib.

Mənbə

Share: