“Mançester Siti” Sane ilə danışıqlar aparır

“Mançester Siti” futbolçusu Lorey Saneni satmağı planlaşdırmır.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İngiltərə klubu 23 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmaq üçün danışıqlar aparır. Klub nümayəndələri onu komandada saxlamağa çalışır.

Qeyd edək ki, Sanenin “Siti” ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatır. Onunla “Bavariya”nın maraqlandığı iddia olunur.

Share: