Marsda koloniyalar erası başlayır

Kolorado Universitetinin dağ-mədən məktəbi Ayda, Marsda və digər planetlərdə koloniyalar inşa edəcək mühəndislər hazırlamağa start verib.

Milletinsesi.az xəbər verir ki, bu barədə universitetin prezidenti Pol Conson bildirib.

“Bu mühəndislər kosmosun öyrənilməsində önəmli rol oynayacaq. Çünki tezliklə Ayda resursları əldə edib, Yerə gətirmək çox asan olacaq. Biz resurslar tapmalıyıq. Biz onları çıxarmağı öyrənməliyik”, – Conson deyib.

 

Share: