Tərtər sakini əmisini qətlə yetirib

Tərtərdə qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Sarov kəndində qeydə alınıb. Kənd sakini Kərimov Yaməddin Məhiyəddin oğlu yaşadığı evdə qətlə yetirilib.

İlkin məlumatlara görə, Y.Kərimov qardaşı oğlu tərəfindən öldürülüb.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.

 

Share: