MEDİA ilə Sahibkarlığın İnkişafı Fondu arasında potensial əməkdaşlıq imkanları müzakirə olunub

Medianın İnkişafı Agentliyi (MEDİA) və Sahibkarlığın İnkişafı Fondu (SİF) arasında görüş keçirilib.

 

MEDİA-dan Moderator.az-a bildirilib ki görüş zamanı Agentliyin İcraçı direktoru Əhməd İsmayılov media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində atılan addımlar, çap və onlayn mediaya dəstək layihələri barədə ətraflı məlumat verib. O, media subyektlərinin biznes strukturu kimi formalaşmasının əhəmiyyətini vurğulayıb.

 

Daha sonra Fondun İdarə Heyəti sədri vəzifəsini icra edən Osman Xaliyev SİF-in fəaliyyəti, qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, güzəştli kreditlərin verilməsi ilə əlaqədar sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi istiqamətlərində görülən işlər barədə məlumat verib.

 

Görüşdə hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi və potensial əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparılıb.

 

Mənbə

Share: