“Media nümayəndələrimiz, xüsusilə də xaricidilli jurnalistlərimiz ayıq-sayıq olmalıdır”

“Ölkəmizə qarşı beynəlxalq sferadakı ermənipərəst qüvvələrin informasiya savaşı davam edir. Odur ki, media nümayəndələrimiz, xüsusilə də xaricidilli jurnalistlərimiz ayıq-sayıq olmalı, beynəlxalq ictimaiyyəti mütəmadi şəkildə Azərbaycan həqiqətləri haqqında məlumatlandırmalıdır”.

 

Bunu Moderator.az-a açıqlamasında professor Cahangir Məmmədli bildirib. Professor qeyd edib ki, bəzi qüvvələr Azərbaycanın haqq səsini eşitmək istəmədikləri üçün özlərini karlığa qoysalar da, kar deyillər və deyilən hər bir şeyi yaxşı eşidirlər:

 

“Biz ötən illər ərzində görmüşük ki, beynəlxalq müstəvidə bəzi dairələr Azərbaycanın haqq səsini eşıitmək istəmir, özlərini bir növ karlığa qoyurlar. Lakin onlar kar deyillər və deyilən hər bir sözü yaxşı eşidirlər. Sadəcə olaraq, özlərini elə göstərirlər ki, guya deyilənləri eşitmirlər, guya söylənən sözlər gəlib onlara çatmır.

 

Bu cür davranış bizi ruhdan salmamalıdır. Biz mübarizəmizi sona qədər davam etdirməli, Azəbaycan həqiqətlərinin yayılması üçün bütün imkanlardan istifadə etməliyik. Milli maraqlarımız bizdən bunu tələb edir və sevindiricidir ki, jurnalistlərimiz bu işin öhdəsindən uğurla gəlirlər”.

 

Seymur ƏLİYEV

 

Mənbə

Share: