Nadir xəstəlikdən əziyyət çəkən Cavanşir Quliyev: “Şikəst qalmaq ehtimalım var idi”

“Məndə nadir görünən bir şey oldu. Dövlətim məni yenidən həyata gətirdi. Şikəst qalma təhlükəsi var idi”.

 

Bunu “AzTV”yə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev deyib.

 

O bildirib ki, indi yalnız müəlicə olmağı qalıb:

 

“Məndə heç bir qalıcı fəsad olmadı. Bu, məni çox sevindirdi”, – deyə bəstəkar bildirib.

 

Qeyd edək ki, fevralın 12-si Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılmışdı. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu üzə çıxdı.

 

Ətraflı videomaterialda:

Mənbə

Share: