“Milan” rəhbəriyindən radikal qərar

“Milan” rəhbərliyi radikal qərar qəbul edib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, yayda komanda 6 nəfər istisna olmaqla bütün oyunçularını göndərmək niyyətindədir.

Həmin 6 futbolçu Zlatan İbrahimoviç, Rafael Leao, Teo Ernandes, Alessio Romanyoli, İsmael Banneser və Canluici Donnarummadır. Digər bütün futbolçuların transferə çıxarılacağı iddia olunub.

Qeyd edək ki, belə bir qərarın verilməsi komandanın son illər uğursuz çıxışı ilə əlaqədardır. Bu mövsümkü nəticə də acınacaqlıdır. “Milan” A seriyasında 18 turdan 22 xal toplayaraq 11-ci yeri tutur.

Share: