Yağışlı hava nə vaxta qədər davam edəcək? – Açıqlama

Bu gün müşahidə edilən yağışlı və küləkli hava sabahdan etibarən mülayimləşəcək.

Bu sözləri Milletinsesi.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

“Hazırda müşahidə olunan yağışlı hava şəraiti yanvarın 12-nə qədər davam edəcək. Yanvarın 12-də gündüz saatlarında hava nisbətən mülayim keçəcək. Lakin gecə saatlarında Bakıda cənub-qərb küləyi əsəcək, bəzi dağlıq və dağətəyi rayonlarda isə yağış yağacaq”.

 

Share: