“Milan”dan A seriyası rekordu

“Milan” A seriyasında yeni rekorda imza atıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, komanda buna son turda “Cenoa” ilə matçda 2:2 hesablı heç-heçə etməklə nail olub. Beləliklə, “Milan” ardıcıl 14 matçda 2 və daha çox qol vurub. Bununla da klub çempionatda rekord qırıb.

İndiyədək ən yüksək göstərici “Torino”ya məxsus idi. Komanda ardıcıl 13 qarşılaşmada 2 və daha çox qol vurmuşdu.

Qeyd edək ki, “Milan” 28 xalla A seriyasında liderdir.

Share: