Millət vəkili valyuta ehtiyatını açıqladı

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası öz işinə başlayıb.

Milletinsesi.az xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqında” qanun layihəsi müzakirə olunub.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, büdcənin icrası komitədə ətraflı müzakirə edilib və plenar iclasa təqdim edilib. Onun sözlərinə görə, 2018-ci il Azərbaycan üçün əhəmiyyətli olub. Komitə sədri əlavə edib ki, 2018-ci ildə iqtisadiyyatın bütün sahələrində inkişaf qeydə alınıb:

“Xarici ticarət dövriyyəsi 30,9 milyard dollar təşkil edib. Tədiyə balansında isə 20,3 milyard müsbət saldo yaranıb. Bu rəqəm imkan verir ki, gələcəkdə dinamik işlər görülsün. 2018-ci ildə Azərbaycanın valyuta ehtiyatı 44,5 milyard olub”.

 

Share: