“Mina partlayışları ilə bağlı bəzi insanlarda yanlış fikirlər var”

Azərbaycan Minatəmizləmə Agentliyin (ANAMA) mina təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Agentlikdən bildirilib ki, mina partlayışları ilə bağlı bəzi insanlarda yanlış fikirlər var:

“Yanlış fikirlər var ki, minaya ayaq qoyduqda ayağı çəkməsən partlamaz. Bu, fikir doğru deyil, ayağı minaya basdınsa, partlayış baş verəcək. Mina saniyənin onda biri sürəti ilə partlayır. Eləcə də, sursat və minaları bir-birinə birləşdirən tələ məftilinə toxunduqda, partlayış baş verəcək”.

Mənbə

Share: