Moldova Türkiyə ilə ticarətin həcmini 1 milyard dollara çatdırmaq istəyir

Moldova Türkiyə ilə ticarətin həcmini 1 milyard dollara çatdırmaq istəyir.

 

Bunu kənd təsərrüfatı naziri Vladimir Bolea türkiyəli həmkarı Vahit Kirişçiylə görüşündə deyib.

 

“Əməkdaşlığımız nəticəsində əmtəə dövriyyəsini 1 milyard dollara çatdırmağı qarşımıza məqsəd qoymuşuq. Moldovanın kənd təsərrüfatı məhsullarının ixracının həcmini artırmaq imkanları var”, – Bolea bildirib.

 

Nazirin sözlərinə görə, Kişinyov tərəvəz emalı və suvarma sahəsində Türkiyə təcrübəsini mənimsəməyi planlaşdırır. Bundan əlavə, ölkə Türkiyə bazarına heyvandarlıq məhsulları ilə çıxmaq niyyətindədir.

Mənbə

Share: