Rusiya ordusu Moskva yaxınlığında təlim keçirdi

Rusiya ordusu paytaxt Moskva şəhəri yaxınlığında hava hücumundan müdafiə təlimləri keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, təlim zamanı vacib hərbi, sənaye və inzibati obyektlərin raketlərdən müdafiə olunması həyata keçirilib. Təlimlərdə S-300 hava hücumundan müdafiə sistemlərindən istifadə edilib.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Moskvada inzibati binaların üzərində hava hücumundan müdafiə sistemləri müşahidə edilib.

 

Akif İsmayılov

 

 

Mənbə

Share: