Mövcud kredit şərtləri fermerlər üçün əlverişli deyil

Mövcud kredit şərtləri fermerlərin böyük əksəriyyəti üçün müxtəlif səbəblərə görə əlverişli deyil.

Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “Aqrobiznesin inkişafı forumu”nda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, aqrar-emal sahələrinə ayrılan kreditlərin əsas hissəsini dövlət büdcəsi hesabına verilən güzəştli kreditlər təşkil edir ki, bu da əsas etibarilə investisiya təyinatlı məqsədlərə yönəldilir.

“Bunun müqabilində kənd təsərrüfatı məhsulları istehsalçılarının öz fəaliyyətlərini aqrotexniki normalara uyğun aparmaları üçün böyük həcmdə dövriyyə vəsaitlərinə ehtiyac var”, – deyə İlhamə Qədimova əlavə edib.

Mənbə

Share: