Səkiyə çırpılan maşın YANDI

Bakıda səkiyə çırpılan avtomobil yanıb.

 

Bu barədə Modern.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılan “TOYOTA” markalı minik avtomobilində yanğın baş verib.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində avtomobilin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi yanıb. Yanğının avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.

Mənbə

Share: