Mövsümü erkən bitirdi

Mövsümü erkən bitirdi

“Çelsi” ciddi itki ilə üzləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, “zadəganlar”ın müdafiəçisi Antonio Rudiger zədələnib.

İngiltərə Premyer Liqasının 36-cı turunun “Mançester Yunayted”lə görüşündə dizindən zədələnən almaniyalı futbolçu əməliyyat olunub. Bu isə onun üçün mövsümün bitməsi deməkdir.

Qeyd edək ki,  Rudiger bu mövsüm London klubunda 44 oyuna çıxıb.

Share: