Namazdan sonra imamın halı pisləşdi

Zaqatalada məscidin imamı qəfil dünyasını dəyişib.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, bu gün günorta namazından sonra rayonun Muğanlı kənd məscidinin imamı, 1980-ci il təvəllüdlü Muğanlı kənd sakini Elşən Mövlud oğlu Musayev yaxınlarının köməkliyi ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Tibbi yardıma baxmayaraq, Elşən Musayevi xilas etmək mümkün olmayıb.

 

Onun ürək tutmasından keçindiyi bildirilir.

 

Qeyd edək ki, Elşən Musayev dini təhsilini Özbəkistan Respublikasının Buxara şəhərində alıb.

Mənbə

Share: