NATO Putinin təklifini qəbul etmədi

Rusiya Prezidenti Vladimir Putin NATO ölkələrinə Avropa və digər bölgələrdə yaxın və orta mənzilli raketlərin genişləndirilməsinə moratorium tətbiqini təklif edib.

Milletinsesi.az xəbər verir ki, bu məlumatı “Kommersant” qəzeti yayıb. Məlumata görə, Rusiya Prezidenti bu məzmunlu məktubu NATO üzvləri ilə yanaşı Çinə, AB-nin baş diplomatı Federika Moqeriniyə və NATO Baş katibi Yens Stoltenberqə də göndərib.

Putin ABŞ-ın Avropada və digər regionlarda raketlərini yerləşdirməyənə qədər Rusiyanın analoji addımı atmayacağı vədini verib.

Qəzet öz mənbələrinə istinadən NATO-da Rusiyanın təklifinə ciddi yanaşılmadığını da qeyd edib.

 

Share: