Netanyahu geri addım atdı – İslahatlar təxirə salınır (YENİLƏNİB)

İsrailin Baş naziri Benyamin Netanyahu məhkəmə islahatlarını yaya qədər təxirə salınmasına razılıq verib.

 

Modern.az xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb.

 

***

12:50

İsrailin baş naziri Benyamin Netanyahu etirazlar fonunda məhkəmə islahatlarını dayandıracağını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

 

Xatırladaq ki, ötən ilin dekabr ayında Netanyahu baş nazir postuna qayıdıb və bundan sonra ölkənin hüquq sistemində islahatlar keçirəcəyini bildirib. İslahatlar Ali Məhkəmənin hakimlərinin seçilməsi prosesinə nəzarətin parlament çoxluğuna verilməsini, habelə Ali Məhkəmənin hökumətin qərarlarını ləğv etmək hüququnun əlindən alınmasını nəzərdə tutur. İslahat planı İsrail xalqının etirazlarına səbəb olub, lakin Netanyahu qərarını ləğv etməyib. Dünən Netanyahu islahatlara qarşı çıxan müdafiə naziri Yoav Qalantı vəzifədən azad edib və bu qərar etirazların yenidən alovlanmasına səbəb olub. Gecə boyu aksiyalar davam edib.

Mənbə

Share: