“Növbəti illərdə də müəllimlərin maaşlarında artım görəcəyik”-Ceyhun Məmmədov

 

“Ən az maaş alan peşə sahiblərindən biri də müəllimlər idi”

 

Bunu Moderator.az-a açıqlamasında deputat, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.  Deputat müəllimlərin maaşlarının artırılması ilə bağlı açıqlamasında bir neçə vacib məsələyə də toxunub:

 

“Əvvəlki illərlə müqayisədə müəllimlərin maaşı ilə bağlı xeyli işlər görülüb. Əvvəlki maaşlarla müqayisədə heç olmasa, 2 dəfə fərq var.  Əvvəllər ən az maaş alan peşə sahiblərindən biri də müəllimlər idi. Son dövrlər bu sahədə xeyli işlər görüldü. Bir neçə gün əvvəl Prezidentin müəllimlərin maaşlarının artırılması ilə bağlı sərəncamı da bu qəbildən atılan addımlardandır.  Dünya təcrübəsində də müəllimlərin maaşının olduqca yüksək olduğunu görürük.

Azərbaycan sosial dövlətdir. Bu gün Qarabağda quruculuq işləri görülür. Bütün bunların fonunda dövlət müəllimlərimizi də unutmur. Onlarla bağlı qərarlar daim ölkənin gündəmindədir. Növbəti illərdə də müəllimlərin maaşlarında artım görəcəyik”.

 

C.Məmmədov müəllimlərin üçün gələcəkdə tətbiq olunması vacib bir neçə təkliflə də çıxış edib:

 

“Son dövrlərdə qadınların daha çox ümumtəhsil sahəsinə yönəldiyini görürük. Kişilər isə daha çox gəliri yüksək olan sahələrə meyl edirlər. Düşünürəm ki, müəllimlərin maaşlarının artırılması ilə yanaşı, onlara müəyyən imtiyazların verilməsi, evlə təmin edilməsi, kreditlə təmin edilməsi kimi vacib nüanslarla bağlı işlər görülməlidir. Məllimlik peşəsinə maraq artırılmalı, buraya daha çox peşəkar kadrların toplanılmasına nail olmaq lazımdır. Müəllimlik mqəddəs peşədir. Hər nə qədər müəllim ordusu böyük olsa da, müəyyən stimullaşdırıcı tədbirlər görərək bu sahəyə marağı qoruya bilərik”.

 

Rəna Nəbi

 

 

Mənbə

Share: