Qazaxıstan Rusiyadan heç bir təhlükə görmür

Qazaxıstan hazırda Rusiyadan heç bir təhlükə hiss etmir və görmür.

 

Modern.az xəbər verir ki, bunu Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdi ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında deyib. 

 

O vurğulayıb ki, Qazaxıstan Rusiyaya sanksiyalardan yayınmağa kömək etmir.

 

“Qazaxıstan Rusiya ilə həmsərhəd olan və ya bu regionda yerləşən digər dövlətlərlə birlikdə Avrasiya İqtisadi Birliyinin, KTMT-nin, MDB-nin üzvüdür, biz Rusiya ilə münasibətləri bu çoxtərəfli strukturlar çərçivəsində fəaliyyət göstərən bir ittifaq kimi qiymətləndiririk”, – deyə o bildirib.

 

Nazir əlavə edib ki, Qazaxıstan bütün dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq üçün çoxvektorlu xarici siyasətini davam etdirir.

 

Tleuberdi qeyd edib ki, Qazaxıstan Rusiya şirkətlərinin sanksiyalardan yayınması ehtimalından qaçmağa çalışır. O vurğulayıb ki, ölkədə ABŞ-ın ikinci dərəcəli sanksiyalarına məruz qalacaq bir şirkət və sektor yoxdur. Bununla belə, nazir bildirib ki, Qazaxıstan üçün vəziyyət ağırdır, çünki respublikanın iqtisadiyyatı Rusiyanın iqtisadiyyatı ilə bağlıdır.

 

Blinken öz növbəsində bildirib ki, Vaşinqton Rusiyaya qarşı sanksiyaların Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri üçün nəticələrini anlayır. O, bəyan edib ki, ABŞ xüsusi lisenziyalar verir və C5+1 formatlı ölkələri (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) dəstəkləyir.

 

Dövlət katibi həmçinin Ukraynaya humanitar yardım göstərdiyinə, həmçinin ölkəsini tərk etmiş 200 mindən çox Rusiya vətəndaşını qəbul etdiyinə görə Qazaxıstana təşəkkür edib.

 

Akif İsmayılov 

Mənbə

Share: