Nyu-York və Bostona rekord miqdarda qar yağıb

Gecə ərzində bu mövsüm və ərazi üçün rekord miqdarda qarın yağdığı Nyu-York və Boston da daxil olmaqla, ABŞ-ın şimal-şərq bölgələri qış qasırğasının təsirinə məruz qalıb.

ABŞ-ın şimalındakı Nyu-Cersi ştatından başlayaraq, cənubundakı Men ştatına qədər ərazilərə yağan güclü qar avtomobil yollarında hərəkəti çətinləşdirib, məktəblərin və müəssisələrin əksəriyyəti bağlanıb.

Birləşmiş Ştatların şimal-şərqindəki aeroportlarda aviareyslər təxirə salınıb və ya ləğv olunub. Nyu-York şəhərinin “LaGuardia” hava limanında ləğv olunan reyslərin sayı 160-a, “Kennedy” aeroportunda təxirə salınan reyslərin sayı 400-ə, Bostonun “Logan” aeroportunda isə 300-ə yaxınlaşıb. Nyu-Yorkun “Newark Liberty” aeroportu da əlverişsiz hava şəraiti ilə bağlı reyslərin təxirə salındığını və ləğv olunduğunu bildirib.

Mənbə

Share: