Onlar aramızdadır – Kosmonavt gizlinləri açıqladı

Kosmosa gedən ilk Böyük Britaniyalı kosmonavt Helen Şarmen maraqlı iddia ilə çıxış edib.

Milletinsesi.az bildirir ki, o qəti şəkildə yadplanetlilərin olduğunu irəli sürüb. 56 yaşlı qadın kosmonavt iddia edib ki, yadplanetlilərin quruluşu insanlar kimi olmadığı üçün onlar görünmürlər:

“Yadplanetlilər var. Bunun başqa açıqlaması yoxdur. Milyardlarla ulduzun arasında hər cür yaşayış formaları var. Bəlkə indi burdadılar. Lakin biz onları görmürük”.

Qeyd edək ki, Şarmen kosmosa 1991-ci ildə səyahət edib. (publika.az)

Share: