Ordunu gücləndirəcəyik – Yeni nazirdən ilk açıqlama

Almaniyanın bu gün təyin olunan müdafiə naziri Boris Pistorius mətbuata ilk açıqlamasını verib.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, nazir yerli mediaya danışıb.

 

O, hərbi sahədə yeniliklərin həyata keçiriləcəyini açıqlayıb.

 

“Əlimizdən gələnin 150 faizini edəcəyik. Biz Almaniya ordusunu gücləndirəcəyik”, – deyə yeni nazir söyləyib.

 

Qeyd edək ki, B.Pistorius dünən istefa verən Kristine Lambrextin yerinə müdafiə naziri təyin edilib.

Mənbə

Share: