Pankisidə çeçenlərlə polis üz-üzə – Yaralılar var

Gürcüstandakı Pankisi dərəsində hüquq-mühafizə orqanları ilə yerli əhali arasında toqquşmalar başlayıb.

Milletinsesi.az  xəbər verir ki, bu məlumatı “Xronika+” qəzeti yayıb. Məlumata görə, etirazlara səbəb Pankisi dərəsində hökumətin yenidən “Xadori” su elektrik stansiyasının tikintisini başlatması olub. Yerli əhali dəyənəklərlə silahlanıb və polisə müqavimət göstərməyə başlayıb. Əraziyə xüsusi təyinatlılar yeridilib, onlar isə etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələr tətbiq ediblər. Nəticədə bir neçə nəfər xəsarət alıb. Bölgəyə əlavə polis dəstələri yeridilməyə başlanıb.

Qeyd edək ki, Pankisi dərəsindəki əhalinin əksəriyyətini çeçenlər təşkil edir.

Share: