Paralimpiyaçıları BNA-nın təşkil etdiyi avtobuslar daşıyacaq

Paralimpiyaçıları BNA-nın təşkil etdiyi avtobuslar daşıyacaq

13-14 may 2019-cu il tarixlərində Bakıda keçiriləcək para cüdo üzrə beynəlxalq Qran-pri yarışları ilə əlaqədar nəqliyyat xidmətlərinin təşkili Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil edilir.

Milletinsesi.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (ARMPK) arasında imzalanan memoranduma uyğun olaraq fəaliyyət planı hazırlanıb. Plana uyğun olaraq qran-pri yarışla əlaqədar xarici ölkələrdən (40-dan artıq ölkədən 400 nəfərədək) paytaxtımıza gələn idmançı, məşqçi, tibbi personal və rəsmilərin qarşılanması, otellərə və digər ərazilərə daşınması həyata keçirilir. Artıq mayın 9-dan nəqliyyat üzrə fəaliyyət planının icrasına başlanılıb.

Qeyd edək ki, paralimpiya idmançılarının daşınmasına cəlb olunan avtobusların sayı oturacaq sayına uyğun nizamlanır. Paralimpiyaçıların (sağlamlıq imkanları məhdud olduğu üçün) daşınması zamanı avtobuslarda olan ayaqüstü yerlər nəzərə alınmır.

Share: