Paşinyandan Bakı və Ankara açıqlaması

Paşinyandan Bakı və Ankara açıqlaması

Ermənistan balanslaşdırılmış xarici siyasət kursunu həyata keçirmək məqsədilə Türkiyə və Azərbaycanla münasibətlərin qurulmasına çalışır.

Millətin Səsi.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Hazırda bu məqsədlə ciddi iş aparırıq. Əminəm ki, qarşıya qoyduğumuz hədəfə çatacağıq. Bu isə Ermənistan üçün yeni imkanların yaranmasına və dövlətin fərqli səviyyədə inkişafına şərait yaradacaq”, – o bildirib.

Share: