Paytaxtda pulsuz yoqa və fitnes dərsləri keçiriləcək

“RedBull” şirkəti və Dənizkənarı Bulvar İdarəsi iyunun 8-dən “Yay gəlir” kampaniyasına start verir.

Bu barədə Milletinsesi.az-a Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Günay Yelmarqızı məlumat verib. O bildirib ki, layihə çərçivəsində həftə sonları Bulvarda açıq havada ödənişsiz fitnes, yoqa, krosfitnes dərsləri təşkil olunacaq. Məşqlər şənbə və bazar günləri gündə iki dəfə – saat 09:00-da və 19:00-da keçiriləcək.

Şənbə günləri saat 10.00-da yoqa, axşam saat 19.00-da fitnes, bazar günləri saat 09.00-da krosfitness, axşam saat 19.00-da fitnes məşqlərinə qatıla bilərsiniz.

Ağ Şəhər bulvarı ərazəsində, açıq havada baş tutacaq məşqlərə giriş sərbəstdir. Dərsləri Qafar Qənizadə, Sola Basi, Zeynal Zeynalov, Ülkər Xəlili, Vidadi Əlisgəndərov, Mariya Nikoliç, Hakim İbrahimov kimi peşəkar məşqçilər keçəcək.

Ətraflı məlumat və məşqlərin cədvəli ilə buradan tanış ola bilərsiniz.

 

Share: