“Peşmanam, sağlığında bunu Səmədə deyə bilmədim”

Müğənni Sevda Əliqızı duet ortağı, mərhum Xalq artisti Səməd Səmədovdan danışıb.

 

“7 tamam” proqramına qonaq olan ifaçı illərlə küsülü olduğu S.Səmədova görə peşman olduğunu etiraf edib:

 

“Səməd Səmədovun dünyasını dəyişməsinə hələ də inanmıram. Onun məzarını dəfələrlə gedib ziyarət edirəm. Səmədin ad günündə, bayramlarda gedirəm. Bunu onun ailəsi də bilir. Haqqı-sayı itirən insan deyiləm. Baxmayaraq ki, biz son illərdə sənət baxımından ayrıldıq, amma dostluğumuz davam edirdi.

 

15 il birlikdə çalışdıq. Səmədlə bərabər işlədim. Xoş günlərimiz də olub, aramızda narazıçılıqlar da, küsüb-barışmışıq. Çox heyfsilənirəm ötən günlərə görə… Zamanında ona çox önəm verməmişəm. Vaxtında o dəyəri çox qiymətləndirmədim. 

 

Səmədi itirəndən sonra çox peşman oldum. Kaş o şeyləri ona zamanında deyərdim ki, Səməd, çox sağol hər şeyə görə. Amma ona bunları deyə bilmədim. Hər dəfə onun məzarını gedib ziyarət edəndə deyirəm. O sağ olu Səmədin sağlığında mənə göstərdiyi insanlığına, səmimiyyətinə, sadəliyinə görə deyirəm”.

 

Qeyd edək ki, Səməd Səmədov 2021-ci ildə koronavirusdan vəfat edib. (Axşam.az)

Mənbə

Share: