Pişik sahibini kobradan belə qorudu – VİDEO

Hindistanın cənubunda maraqlı bir hadisə baş verib.
Pişik sahibinin həyatını xilas edib. Belə ki, pişik zəhərli kobranın sahibinə hücum etməsinin qarşısını alıb.
Hadisənin videosu lentə alınaraq YouTube-a yerləşdirilib. Evin sahibiArun Çandrupişiklə ilanın mübarizəsinə böyük həyacanla tamaşa edib.
Ev sahibinin sözlərinə görə, həmin vaxt evdə uşaqlar da olub. Beləliklə, pişik nəyinki ev sahibinin hətta uşaqların da həyatını xilas etmiş olub. (“Report”)

Share: