“Nottingem Forest”in yeni baş məşqçisi müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisini Oliver Qlasner çalışdıracaq. O, bu vəzifədə Vitor Pereyranı əvəzləyib. Tərəflər arasında imzalanmış müqavilənin müddəti açıqlanmayıb.
Avstriyalı mütəxəssis son olaraq “Kristal Pelas”da işləyib. O, bu komanda ilə İngiltərə Superkubokunu, Federasya kubokunu və son mövsümdə UEFA Konfrans Liqası kubokunu qazanıb. 51 yaşlı məşqçi “Rid”, “LASK Linz”, “Volfburq” və “Ayntraxt” klublarını da çalışdırıb.


