![Prezident bu icra başçılarını işdən çıxardı – Yeni təyinat](https://milletinsesi.az/wp-content/uploads/;https://cdn.axar.az/2016/11/10/ilham-serencam1.jpg)
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Siraqəddin Cabbarovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Milletinsesi.az sərəncamın mətnini təqdim edir:
Siraqəddin Nəcəf oğlu Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nazim İsmayılovun Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
***
İlham Əliyevin digər sərəncamları ilə Siraqəddin Nəcəf oğlu Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı, Nazim Mehdi oğlu İsmayılov isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.