Putin bütün Donbasın “azad edilməsi” üçün növbəti müddət müəyyən edib…

“Bir ildir ki, onlar Kiyevi 3 günə ələ keçirirlər. Nə demək olar, yeni məqsəd və vəzifələr irəli sürülüb. Amma bu dəfə də alınmayacaq…”

 

“Ötən ilin may ayında Luqansk vilayətini iyunun 1-dək, sonra Donetsk vilayətini iyulun 1-dək işğal etmək planlaşdırılıb, yarım ildən sonra da Rusiya hərbçiləri bunu bacarmayıb…”

 

Rusiya prezidenti Vladimir Putin Rusiya qoşunlarının Ukraynada yeni komandanı Valeri Gerasimova Donbası mart ayına qədər zəbt etməyi tapşırıb.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna MN   Baş Kəşfiyyat İdarəsi mətbuat xidmətinin nümayəndəsi Andrey Yusov bəyan edib. Məlumatı Ukraynanın “RBK” agentliyi yayıb. 

 

Yusovun sözlərinə görə, Putin Rusiya ordusunun cəbhədəki gerçək vəziyyətinə əhəmiyyət vermir. 

 

“Bir ildir ki, onlar “3 günə Kiyevi ələ keçirirlər”. Nə demək olar, yeni məqsədlər və yeni vəzifələr irəli sürülüb. Bu dəfə də alınmayacaq”, – Ukrayna kəşfiyatının nümayəndəsi deyib.

 

Yusov həmçinin qeyd edib ki, rusiyalıların Zaporojye istiqamətində də hücuma hazırlaşdığı barədə kəşfiyyat məlumatları var. 

 

Kreml Donbasın ələ keçirilməsinin yeni müddətləri barədə suala cavab verməkdən imtina edib.

 

“Yox, bacarmaram, azacıq həvəsim də yoxdur”, – bunu bu gün brifinqdə bu məlumatı şərh etmək xahişinə cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Peskov deyib.

 

Ötən ilin may ayının sonunda Putinin Donbasın ələ keçirilməsi üzrə sərəncamı barədə məlumat üzə çıxıb.

 

O zaman Luqansk vilayətinin iyunun 1-dək, sonra Donetsk vilayətinin iyulun 1-dək işğal etmək planlaşdırılıb.

 

Göründüyü kimi, yarım il keçəndən sonra da Rusiya hərbçiləri bunu bacarmayıb. Üstəlik, Ukrayna KİV- lərinin məlumatına görə, rusuyalılar Soledar şəhərini də ələ keçirə bilməyib.

 

Bu balaca yaşayış məntəqəsi uğrunda döyüşlər bir neçə aydır gedir. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, ötən sutka ərzində Ukraynanın müdafiəsi qüvvələrinin bölmələri

Rusiya qoşunlarının 20-dən çox yaşayış məntəqələri, o cümlədən Soledar və Baxmut rayonunda hücumunu dəf edib.

 

Xatırladaq ki, Rusiya MN yanvarın 13-də, “Vaqner qrupu” özəl hərbi şirkətinin sahibi Priqojin yanvarın 11-də, tanınmamış “DXR”-in başçısı Denis Puşilin yanvarın 10-da Soledar şəhəri üzərində tam nəzarət barədə bəyan edib.

Mənbə

Share: