Putin İrəvana gəlsə, onu həbs etməli olacağıq

“Yaxşısı budur ki, Putin öz ölkəsində qalsın. O, Ermənistana gəlməyəcək və həbs olunmayacaq”.

 

Modern.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Qaqik Melkonyan deyib.

 

O qeyd edib ki, əgər Ermənistan Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma statunu imzalayıbsa, öhdəliklərini icra etməlidir.

 

“Əgər Putin İrəvana gəlsə, onu həbs etməli olacağıq, amma o bunu yaxşı bilir və buna görə gəlmək istəməyəcək”, – deputat bildirib.

 

Xatırladaq ki, martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Saziş Ermənistan parlamenti tərəfindən ratifikasiya edilməlidir.

 

Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.

Mənbə

Share: