Putin Qərblə gizli danışıqlar aparır – Klimkin

Ukraynaya genişmiqyaslı hərbi müdaxilənin beşinci ayında Rusiya Prezidenti Vladimir Putin danışıqlara can atır və Qərbdə həmsöhbətlər axtarır.

Milletinsesi.az  xəbər verir ki, bu sözləri Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkin deyib.

“Putin danışıqlara can atır. Putinin nümayəndələri müxtəlif yarıgizli və gizli kanallar vasitəsilə ABŞ-a, Avropaya yaxınlaşmağa çalışırlar və deyirlər: “Gəlin, birtəhər razılaşaq. Bu, həm bizim, həm də sizin üçün faydalı olacaq. Onlar enerji, ərzaq böhranı və bir çox başqa şeylərlə qorxudurlar”, – Klimkin bildirib.

Diplomat qeyd edib ki, Putin payızda danışıqların zəruriliyinə daha çox diqqət yetirəcək, çünki bu, onun üçün ən yaxşı an olacaq – enerji və ərzaq qiymətlərində artım olacaq.

Share: