“Putin Qərblə uzunmüddətli qarşıdurmaya hazırlaşır”

“Rusiyanın NATO üzv-ölkələrinin ünvanına təhdidləri Qərbin çəkindirilməsinə yönəlib…”

 

“Finlər Rusiya üzərində qələbəyədək müharibə partiyasına qoşulub və rusofobiyaya yoluxub…”

 

Kreml müntəzəm olaraq Finlandiyaya bu ölkənin NATO-ya daxil olmasının “nəticələri” ilə hədə-qorxu gəlir.

 

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstutunun (ISW) hesabatında deyilir.

 

Qeyd edilir ki, bu yolla təcavüzkar ölkə Alyansın digər ölkələrə təsirinin genişləndirilməsinin qarşısını almağa və Qərblə uzunmüddətli qarşıdurma üçün informasiya zəmini hazırlamağa cəhd edir.

 

Analitiklərin hesabatında deyilir ki, Rusiya XİN iddia edib ki, Finlandiya NATO-ya daxil olduqdan sonra, guya, “xarici siyasətdə qərarların qəbul edilməsində müstəqilliyini itirib”. 

 

Kreml belə narrativdən NATO-nun Ukraynaya nəzarət etdiyi barədə yalançı iddiası və Rusiyaya təhlükə kimi istifadə edir.

 

“Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov Finlandiyanı və bütövlükdə NATO-nu təhdid edib. O, iddia edib ki, Rusiya NATO-nun hərbi gücü və silahlarının artırılmasına və ya nüvə silahının Finlandiyada yerləşdirilməsinə cavab verməyə məcbur olacaq və Rusiyanın cavabı adekvat, lakin mütləq simmetrik olmayacaq”, – hesabatda deyilir.

 

Bundan başqa, səfir iddia edib ki, Alyansa daxil olmaqla finlər “Rusiya üzərində qələbəyədək müharibə partiyasına” qoşulub, habelə finləri “rusofobiya”da ittiham edərək bunun Rusiya-Finlandiya münasibətlərinin tam pozulmasına gətirib çıxardığını iddia edib.

 

Kuznetsovun sözlərinə görə, Finlandiyanın, guya, Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasından başqa çıxış yolu yoxdur, çünki “coğrafiyadan qaça bilməzsən”.

 

Bu zaman o, birtərəfli qaydada Helsinkini Rusiya-Finlandiya münasibətlərinin pisləçməsində ittiham edib, hərçənd Rusiya  özü süni surətdə 2023-cü ilin payızında Rusiya-Finlandiya sərhəddində miqrasiya böhranı yaradıb, dəfələrlə Finlandiya və bütövlükdə NATO Alyansının ünvanına təhdidlər səsləndirib.

 

“ISW yenə də hesab edir ki, Rusiyanın NATO üzv-ölkələrinin ünvanına təhdidləri Qərbin çəkindirilməsinə yönəlib. Amma Rusiya məmur və diplomatlatının NATO tərəfindən yalançı təhlükələr barədə bəyanatları Qərblə güman edilən uzunmüddətli geosiyasi qarşıdurmaya haqq qazandırmağa və ona dəstək verilməsinə yönəlib”, – hesabatda deyilir.

 

Rusiyanın NATO-ya qarşı müharibəsi

 

ISW bundan öncə məlumat verib ki, Vladimir Putin Şimali Atlantika Alyansına qarşı hərbi təcavüzə hazırlaşır.

 

Rusiya NATO və Avropa İttifaqı ölkələrinin təcavüzkar ölkənin onlara da hücum edəcəyi ilə bağlı narahatlıqlarını mifik adlandırıb.

 

Polşa bəyan edib ki, artıq 2026-2027-ci illərdə Rusiya NATO-ya hücum edə bilər və üzv ölkələr təcili olaraq öz müdafiə xərclərini artırmalıdır.

 

NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer martın sonunda bəyan edib ki, hələlik Rusiyanın NATO ölkələrinin birinə hərbi müdaxilə etməyi planlaşdırdığının əlamətləri yoxdur.

Mənbə

Share: