Qərb derbisi “sülh”lə bitdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

 

Modern.az-ın məlumatına görə, “Kəpəz” Gəncədə “Turan Tovuz”u qəbul edib. Qərb derbisi qolsuz heç-heçə ilə başa çatıb.

 

Bu nəticədən sonra xallarını 9-a çatdıran meydan sahibləri 9-cu pillədə qalıb. 16 xalı olan qonaqlar isə 6-cı pillədəki mövqeyini qoruyub.

 

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” evdə “Sumqayıt”ı 4:2, “Zirə” “Səbail”i 1:0, “Neftçi” isə “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib. Tura bu gün keçiriləcək “Sabah” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

Mənbə

Share: