“Qərb sanksiyalarına düçar edilən iki tənha dövləti Qərbə ümumi nifrət hissi birləşdirir…”

“Rusiya və İran Qərbin onların daxili işlərinə müdaxiləsinə qarşı birgə mübarizə aparacaq…”

 

“Sön günlər İran Rusiyaya ölümcül silah tədarükündən imtina edib…”

 

Rusiya İranla münasibətləri möhkəmləndirir

 

Rusiya və İran prezidentləri İran silahının tədarükünün dayandırılması məlumatı fonunda telefon danışıqları aparıb.

 

Moderator.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat yayılıb.

 

Vladimir Putin və İbrahim Rəisi siyasi, ticarət və iqtisadi əməkdaşlığın dərinləşməsi məsələlərini müzakirə edib.

 

İki ölkə liderləri “ikitərəfli münasibətlərin bəzi aktual problemlərinə toxunub, əsas diqqət siyasi, ticarət və iqtisadi sahədə, o cümlədən nəqliyyat və logistika sahələrində əməkdaşlığa yönəlib.

 

İran tərəfi məlumat verub ki, Rəisi “Rusiyanın İranla iqtisadi əməkdaşlığı möhkəmləndirmək,  xüsusilə Avrasiya regionunda nəqliyyat xətlərini inkişaf etdirmək istəyini” alqışlayıb.

 

“Bu tranzit marşrutu dünyada iqtisadiyyat və ticarət üçün cazibədar olacaq”,  bəyanatda deyilir.

 

Qərbin sanksiyalarına düçar edilən iki tənha dövlət istər-istəməz həm mallar və texnologiyaların  qarşılıqlı mübadiləsi, həm də Qərbə olan ümumi nifrət hissi birləşdirir.

 

Putin İran hökuməti və xalqına İranın Şiraz şəhərində şiyələrin müqəddəs yerinə hücum nəticəsində 15 nəfərin həlak olması və 40 nəfərin yaralanması ilə bağlı başsağlığı verib.

 

Prezidentlərin söhbəti Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin İrana səfəri və Tehranda həmkarı Əli Şamhani ilə görüşündən bir neçə gün sonra baş tutub. Həmin görüşdə Ukraynada vəziyyət, “Qərbin onların daxili işlərinə müdaxiləsi”nə qarşı mübarizə məsələləri müzakirə edilib.

 

İran son həftələr Ukrayna tərəfindən Rusiyanın İran istehsalı olan kamikadze-dronlarından şəhər və infrastrukturuna hücumlar etməsində ittiham etdikdən sonra cavab reaksiyası ilə üzləşib.

 

Ötən həftə İran PUA-ları Rusiyaya Ukraynada müharibə başlanandan bir neçə ay öncə satdığını bəyan edib. KİV-lərin məlumatına görə, son günlər İran Rusiyaya ölümcül silah tədarükündən imtina edib.

 

ABŞ və Avropa İttifaqı İranın bir sıra təşkilat və vəzifəli şəxslərinə qarşı pilotsuz uçuş aparatlarının satışı ilə bağlı sanksiyalar tətbiq edib, Ukrayna hakimiyyəti isə diplomatik münasibətləri kəsib.

Mənbə

Share: