
Nigeriyanın mərkəzində köçkünlər üçün düşərgəyə silahlı basqın edilib.
Modern.az xəbər verir ki, bu barədə Nigeriyanın “The Nation” qəzeti məlumat yayıb.
Məlumata görə, Mqbane kəndində bir qrup silahlı köçkünlər üçün yataqxana kimi istifadə edilən məktəb binasına soxulub. Hücum edənlər insanlara atəş açıblar.
Hadisə zamanı 36 nəfər ölüb, yaralananlar var.


